Cənubi Qafqazda region ölkələri arasında sülhə və münasibətlərin normallaşmasına doğru irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" adlı beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz SSRİ-nin dağılmasından sonra bir sıra münaqişələrlə üzləşib ki, onlardan da insan tələfatı baxımından ən faciəlisi Ermənistan-Azərbaycan münaqişəsi olub.
"Bu gün biz sülh haqqında daha çox danışırıq və onun hüquqi cəhətdən möhkəmləndirilməsinə doğru irəliləyirik. Azərbaycan döyüş meydanındakı qələbədən sonra öz üstünlüyündən istifadə etmədi, əksinə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan və Azərbaycanın əməkdaşlıq edə, ticarət apara və dialoqu qoruya biləcəyi perspektivi gördü", - F.Şəfiyev qeyd edib.
O vurğulayıb ki, sülh və iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, sərhədlərin delimitasiyası prosesi, nəqliyyat kommunikasiyalarının inkişafı, eləcə də sülh quruculuğu və barışıq mühüm istiqamətlər olaraq qalır: "Regionun hər üç ölkəsinin - Gürcüstan, Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi sülhün üstünlüklərini anlayır. Lakin bu sülh tərəfdaşlıq və dialoq vasitəsilə dəstəklənməlidir".
F.Şəfiyevin sözlərinə görə, Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təmin edilməsində geosiyasi güc mərkəzləri, o cümlədən ABŞ və Avropa İttifaqı ilə münasibətlər mühüm rol oynayır.
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib