Buraxılış və qəbul imtahanlarında oxu bacarıqlarına daha çox yer verilməsi yeni-yeni tətbiq olunmağa başlayıb.
“İki sahil” xəbər verir ki, bunu PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, məhz bu prosesdən sonra nəticələrin yaxşılaşdığını görürük: “Biz dərsliklərimizdə dil qaydalarının üzərində işləyirik. Təhsil sistemimizi imtahanyönümlü deyil, imtahan məzmunlu hesab edirik.
Bizim heç bir pedaqoji müəssisəmizdə oxu ayrıca fənn kimi tədris olunmur. Biz bunu ayrıca sahə kimi qəbul etmirik. Azərbaycan şairlərinin şeirlərini oxumaq oxu savadlılığı deyil, bu, ayrıca bir istiqamətdir. Dərsliyə hər hansı yeniliyi daxil edəndə cəmiyyət bunu bəzən özünə qarşı təhqir kimi qəbul edir. Çünki hazırkı uşaqlar oxu dərsliyi ilə tanış olmayıblar”.
Emin Əmrullayev sonda qeyd edib ki, bizim Azərbaycan dili ilə bağlı problemimiz yoxdur. Dil bilikləri ilə oxu savadlılığı bir-birindən fərqli sahələrdir və bunları qarışdırmamaq lazımdır.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib
Hər üç şagirddən ikisi mətnləri oxusa da, oxuduğunu yetərincə anlaya bilmir - Emin Əmrullayev
Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib