Böyük Britaniya "Hizbullah" ilə əlaqəli "Əl-Qərd əl-Həsən" kredit-maliyyə assosiasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) tətbiq edib. Bu, Britaniya hökumətinin saytındakı yenilənmiş “qara siyahı”dan görünür.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənəddə qeyd olunan assosiasiyanın "terror məqsədləri üçün maliyyə vəsaiti təmin etdiyi" iddia olunur. "Hizbullah" hərəkatı 2019-cu ildə Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına daxil edilib.
Lukaşenko ictimai təhlükəsizliyin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb
CNN: ABŞ Yaxın Şərqdə hərbi qulluqçuların və obyektlərin sayının azaldılmasını müzakirə edir