Azərbaycan və Çinin "China Energy" şirkəti arasında hazırda icra olunan "yaşıl enerji" layihələri ətrafında fikir mübadiləsi aparılıb.
"İki sahil" "AzərEnerji" ASC-yə istinadən xəbər verir ki, bu barədə müzakirələr səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev ilə Çinin aparıcı enerji şirkətlərindən olan "China Energy International Group"un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.
Görüş zamanı Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə bərpa olunan enerji layihələri üzrə tərəfdaşlıq imkanları müzakirə olunub.
Həmçinin Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülə biləcək işlər nəzərdən keçirilib.
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib