11 sentyabr 2026 16:35
106

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 600 mindən çox xidmət göstərilib

 

2026-cı ilin yanvar – avqust ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 364.669müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 601.524sayda xidmət göstərilib. Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55% təşkil edib:

• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması(bərpası);

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Asan İmza sertifikatlarının verilməsi;

• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

•  Vergi ödəyicisinə arayışların verilməsi;

• Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

• Fiziki şəxsin uçotdan çıxarılması.

2026-cı ilin yanvar – avqust ayları ərzində vergiödəyicilərindən daxil olmuş 18,8 min yazılı müraciətcavablandırılıb, onlara 18 milyon məlumatlandırmaxarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 3.534vergi ödəyicisinin iştirakı ilə 255 görüş keçirilib, 4.438 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərininməlumatlandırılması istiqamətində preventiv tədbirləringörülməsi məqsədilə onların mobil nömrələrinə 3,2 milyonSMS göndərilib.

Yanvar – avqust ayları ümumilikdə 195.434 müraciətüzrə 306.046 Asan İmza sertifikatı verilib.