12 sentyabr 2026 08:50
92

Pezeşkian: Boğazın yolu o şərtlə açılacaq ki...

ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. "Boğazın yolu o şərtlə açılacaq ki, Amerika mühasirədən və İrana qarşı təcavüzdən əl çəksin", - Pezeşkian xatırladıb. Onun sözlərinə görə, Vaşinqton müharibə yolu ilə öz məqsədlərinə çata bilməyib və mühasirəyə də məhz buna görə əl atıb: "Lakin biz dayanmayacağıq.

Dəniz yolu bizim həyat yolumuz deyil, elə düşünməsinlər ki, bu hərəkətlərlə bizi təslim edə bilərlər".