“II İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — II LCOY Azərbaycan 2026” öz işini Qubada davam etdirir.
“İki sahil” xəbər verir ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzindən verilən xəbərə görə, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilən tədbirin ikinci günü Milli Gənclər Bəyanatının hazırlanmasına həsr olunub. Qeyd edək ki, Azərbaycanda ikinci dəfə təşkil olunan tədbirin rəsmi açılış mərasimi sentyabrın 11-də ADA Universitetində keçirilib.
“LCOY Azerbaijan 2026”nın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Təşkilat YOUNGO-nun LCOY İş Qrupu tərəfindən ardıcıl ikinci il Azərbaycanda konfransın təşkilatçısı kimi seçilib.