12 sentyabr 2026 14:21
89

Yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb

Tatarıstanda (Rusiya) "Cessna-172" yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb, pilot və sərnişin həlak olub.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib. "Saba rayonunda təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub", - məlumatda deyilir.

Mütəxəssislər hadisənin səbəbini araşdırırlar.