Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində yarımfinal mərhələsinə start verilib.
“İki sahil” xəbər verir ki, ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz"lə Rusiyanın "Moscow polo club" komandası qarşılaşıb. Görüş İsveçrə komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu gün daha bir görüş baş tutacaq. Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gələcək.
Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.