Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur.
“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın ardınca jurnalistlərə açıqlamasında deyib. O, çempion olan Azərbaycan təmsilçisi "Elit polo club"un layiqli qələbə qazandığını söyləyib: "Bakı dünyanın idman paytaxtıdır. Bu il Bakı bir sıra idman tədbirlərinə ev sahibliyi edib və etməkdədir. Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri bizim növbəti uğurumuzdur. "Sea Breeze" rəhbərliyinə təşkilatçılığa görə təşəkkür edirəm. Qalib gələn Azərbaycan komandasını isə ürəkdən təbrik edirəm. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Ümumiyyətlə Azərbaycan Respublikası Atcılıq Federasiyası çox aktivdir".
Nazir sonda bildirib ki, növbəti ildən paytaxt Bakıda yeni idman tədbirləri baş tutacaq.
Qeyd edək ki, "Elit polo club" finalda İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanıb.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub