Ukrayna baş prokurorunun həyat yoldaşı da ölkədən çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşrinin jurnalisti Mixail Tkaç məlumat verib.
"Kravçenko sərhədi "Şeqini" buraxılış məntəqəsindən keçib... Baş prokurorun həyat yoldaşı isə gecə saat 01:00-da həmin keçid məntəqəsindən sərhədi keçib", – deyə o, "Telegram" kanalında yazıb.
Ukrayna nəşrinin mənbələrinə görə, Kravçenko Litvaya ezamiyyət bəhanəsi ilə ölkədən çıxıb.
Bundan əvvəl Kravçenko ölkəni tərk etdiyini təsdiqləmişdi. Sentyabrın 15-də Ali Radada Ukraynanın baş prokurorunun istefası məsələsi üzrə səsvermə keçiriləcək.