14 sentyabr 2026 17:32
76

MAA tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub

 

Milli Aviasiya Akademiyasının Mexatronika və robototexnika mühəndisliyi ixtisasının 2572i qrup tələbəsi Aqşin Əhmədli Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub.
Layihə çərçivəsində Qarabağ bölgəsində alternativ enerji mənbələrinin istifadəsi, onların tətbiq imkanları və səmərəli istifadəsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.