Sentyabrın 13-də Dəniz Mall Ticarət Mərkəzinin qarşısındakı meydanda Red Bull Gym Clash Azərbaycan Milli Finalı keçirildi.
Ölkənin doqquz fitnes zalını təmsil edən komandalar güc, sürət, dözümlülük və çeviklik tələb edən bir sıra sınaqlarda özbacarıqlarını nümayiş etdirdilər.
Gərgin və yüksək tempdə keçən mübarizənin sonunda kapitanFuad Əliyevin rəhbərlik etdiyi “Vikings Hammer” komandası rəqiblərini qabaqlayaraq yarışın qalibi oldu. Nikita Qorşkovunkapitanı olduğu “BeFit” komandası ikinci, Salman Atayevinrəhbərlik etdiyi “4Life” komandası isə üçüncü yeri tutdu.
Yarış boyunca meydanda yüksək temp və güclü rəqabət hissolunurdu. Komandalar hər bir tapşırıqda yalnız fizikihazırlıqlarını deyil, eyni zamanda düzgün qərar vermək, vaxtı səmərəli idarə etmək və komanda şəklində hərəkət etməkbacarıqlarını da nümayiş etdirdilər. Son ana qədər davam edənmübarizə yarışın gərginliyini və həyəcanını daha da artırdı.
“Vikings Hammer” ötən il qazandığı uğuru təkrarlayaraq ardıcılikinci dəfə Red Bull Gym Clash Azərbaycan çempionu oldu. Beləliklə, komanda çempionluq titulunu qoruyaraq ölkə üzrə yenidən ən güclü komanda adını qazandı. Bu qələbə “VikingsHammer”a Azərbaycanı Red Bull Gym Clash Dünya Finalındatəmsil etmək hüququ verdi.
İndi komandanı daha böyük sınaq gözləyir. “Vikings Hammer” Dünya Finalında müxtəlif ölkələri təmsil edən ən güclü komandalarla mübarizə aparacaq.
Red Bull Gym Clash bir daha göstərdi ki, uğur yalnız fizikigüclə müəyyən olunmur. Burada hər saniyənin, hər qərarın və komanda daxilində göstərilən dəstəyin nəticəyə birbaşa təsirivar. Düzgün strategiya, qarşılıqlı etimad və sona qədər birlikdə mübarizə aparmaq bacarığı “Vikings Hammer” komandasını Bakıdakı qələbədən Dünya Finalına aparan əsas amillərdən oldu.
Tədbir “PASHA Malls”ın təşkilati dəstəyi və “CBC Sport”unmedia tərəfdaşlığı ilə həyata keçirilib.
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB