15 sentyabr 2026 16:07
108

Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrinqalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətlimühitin, marşrutların təhkim edilməsindəqanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Bakı-Daşkəsən, Sumqayıt-Cəbrayıl, Gəncə-Balakən, Oğuz-Gəncəşəhərlərarası, eləcə də Ağcabədi şəhərində 1 və 2 nömrəli şəhərətrafı avtobus marşrutları üzrəmüsabiqələrin qalibləri müəyyən edilib.

Bakı-Daşkəsən marşrutları üzrə fiziki şəxs İsmayılov İsmayıl Qabil oğlu;

Sumqayıt-Cəbrayıl marşrutu üzrə fiziki şəxs Quliyev Şirin Həsən oğlu;

Gəncə-Balakən marşrutu üzrə hüquqi şəxs"Mələyim" MMC;

Oğuz-Gəncə marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;

Ağcabədi şəhərində 1nömrəli (Hacıbədəlli kəndi –Göyçə küçəsi (Mərkəzi Xəstəxana)) və 2 nömrəli(Xocavənd kəndi (Sadıq Hüseynov küçəsi) – Xan Şuşinski küçəsi) marşrutlar üzrə hüquqi şəxs "Baku Trans-2022" MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatıilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası(rayonlararası) və beynəlxalq marşrutlar üzrəsərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğuntəşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinəuyğun olaraq AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşımasahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçininmarşrutların təhkim edilməsində şəffaflığın təminolunmasıdır.