15 sentyabr 2026 22:00
129

Brent neftinin qiyməti 109 dolları ötüb

Londonun ICE birjasında noyabr ayı üzrə tədarükü nəzərdə tutulan Brent markalı neft fyuçerslərinin qiyməti 3,5%-dən çox artaraq bir barel üçün 109 dollardan yuxarı qalxıb.

“İki sahil” xəbər verir ki, bu barədə hərracların nəticələri göstərir.

Bakı vaxtı ilə saat 21:19-a olan məlumata görə, Brent markalı neftin qiyməti 3,38% artaraq bir barel üçün 109,25 dollar təşkil edib.

Saat 21:26-da Brent markalı neftin qiyməti artımını sürətləndirərək bir barel üçün 109,39 dollara yüksəlib (+3,51%).

Eyni zamanda, oktyabr ayı üzrə tədarükü nəzərdə tutulan WTI markalı neft fyuçerslərinin qiyməti 5,29% artaraq bir barel üçün 106,75 dollara çatıb.