16 sentyabr 2026 16:47
107

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb

SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, əməliyyat bütün tələb olunan təsdiqlərin alınması və zəruri şərtlərin icrası ilə yekunlaşdırılıb.

Əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25%, “Vitol” üzrə 30%, “Petroci” üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edir.

Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal “upstream” fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.

Qeyd edək ki, 2021-ci ildə kəşf edilmiş “Baleine” son dövrlərdə Qərbi Afrikada aşkar edilmiş ən böyük neft-qaz yataqlarından biri hesab olunur. Bu nəhəng dəniz neft-qaz yatağında hasilata 2023-cü ildə başlanılıb.

“Baleine”, həmçinin Afrikada xalis sıfır emissiya göstəricisinə malik ilk dəniz neft-qaz layihəsidir.