17 sentyabr 2026 00:29
80

Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb-Yenilənib

Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.

“İki sahil” xəbər verir ki, nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunub.