18 sentyabr 2026 10:54
96

Fransada poliş əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Fransada poliş əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "TF1" telekanalı məlumat yayıb.

35 yaşlı polis əməkdaşı avqustun 23-də paytaxt regionu İ-de-Fransın İvlin departamentində yerləşən bölmədən çıxarkən saxlanılıb. Müstəntiqlər onu "dövlət maraqlarına qarşı hücumlar", o cümlədən digər hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı hücumlar hazırlamaqda, həmçinin ifrat sağçı hərəkatla əlaqələrdə şübhəli biliblər.

Bundan əlavə, evində aparılan axtarışlar zamanı silah hissələrinin aşkar edilməsindən sonra o, 3D-çap texnologiyasının köməyi ilə silah düzəltməkdə şübhəli bilinib.

Avqustun 27-də həmin şəxsə "terror aktı törədilməsinin hazırlanması", "terror aktı planları ilə əlaqədar silah hazırlanması və saxlanılması" ittihamları irəli sürülüb. O, həmçinin internet forumlarından birində yazdığı paylaşımlar əsasında "internetdəki mesajlar vasitəsilə terrorizmə təhrik etməkdə" ittiham olunub.