18 sentyabr 2026 15:39
90

PAŞA Bankın biznes kredit portfeli yarımildə 13,2 faiz artıb

Qeyri-neft iqtisadiyyatında artımın davam etdiyi şəraitdə PAŞA Bank tərəfindən iqtisadiyyatın əsas sahələrinin kreditləşdirilməsi genişləndirilib.

“İki sahil” xəbər verir ki, bunu Paşa Bank İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev bankın yarımillik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

B. Nağıyev qeyd edib ki, qeyri-neft sektorunda ÜDM nominal ifadədə 6,5 faiz, real ifadədə isə 1,5 faiz artıb: "Bu dövrdə PAŞA Bankın biznes kredit portfeli də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, bankın biznes kreditləri portfeli 2025-ci ilin iyun ayının sonundakı 2 milyard 923 milyon manatdan 2026-cı ilin eyni dövründə 3 milyard 310 milyon manatadək yüksəlib. Bu, illik müqayisədə 13,2 faizlik artım deməkdir."
İdarə Heyətinin sədr müavini əlavə edib ki, bankın biznes kredit portfelində iqtisadiyyatın müxtəlif sahələri üzrə maliyyələşdirmə həyata keçirilib. Kredit portfelində ticarət, sənaye, nəqliyyat, tikinti, kənd təsərrüfatı, informasiya və rabitə, eləcə də digər sahələr üzrə kreditlər yer alıb.

Birinci yarımildə mumi bazarda biznes kreditlərinin həcmi də artıb. Belə ki, bazar üzrə müvafiq göstərici 2025-ci ilin iyununda 42 milyard 803 milyon manat olduğu halda, 2026-cı ilin iyununda 45 milyard 597 milyon manata çatıb. Beləliklə, ümumi bazar üzrə artım 6,5 faiz təşkil edib.
Qeyd edək ki, PAŞA Bankın biznes kredit portfelinin artım tempi hesabat dövründə ümumi bazardakı artımdan yüksək olub.