PAŞA Bank 2026-cı ilin ilk yarısında maliyyə dayanıqlığını qoruyaraq biznes modelinin regional miqyasda inkişafını davam etdirib.
“İki sahil” xəbər verir ki, bu barədə PAŞA Bankın Baş maliyyə inzibatçısı Murad Süleymanov bankın 2026-cı ilin yarımillik maliyyə nəticələrinə dair mətbuat konfransında məlumat verib.
Bildirilib ki, 2026-cı ilin maliyyə göstəricilərinə əsasən, PAŞA Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23,09 faiz təşkil edib. Sistem əhəmiyyətli banklar üçün müəyyən edilmiş normativ göstəricinin 6,50 faiz olduğu nəzərə alınarsa, bankın bu istiqamətdə göstəricisi normativ tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Hesabat dövründə bankın məcmu kapitalının adekvatlıq əmsalı isə 23,06 faiz olub. Sistem əhəmiyyətli banklar üzrə müvafiq normativ 12,50 faiz təşkil edir.
Murad Süleymanov qeyd edib ki, göstərilən normativlər 2026-cı ilin iyun ayının sonuna olan tələblər əsasında təqdim olunub.
PAŞA Bank 2007-ci ildə fəaliyyətə başlayıb. Bank korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadiləsi, lizinq və digər bank xidmətləri istiqamətlərində fəaliyyət göstərir.
Bankın Türkiyədə yerləşən asılı müəssisəsi – “PAŞA Yatırım Bankası” A.Ş. də fəaliyyətini genişləndirir. Müəssisə korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və digər maliyyə xidmətləri göstərir. 2025-ci ilin sentyabrında “PAŞA Yatırım Bankası”nın uzunmüddətli ölkədaxili reytinqi “JCR Eurasia Rating” agentliyi tərəfindən “A+” səviyyəsində təsdiqlənib.
Gürcüstanda fəaliyyət göstərən “PASHA Bank Georgia” SC isə korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank kredit və depozit məhsulları, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları, qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svop və opsion əməliyyatları, internet bankçılığı və digər xidmətlər təqdim edir.
Məlumata görə, “PASHA Bank Georgia” SC 2013-cü ildə yaradılıb və PAŞA Bankın burada 85,06 faiz mülkiyyət payı var. “PAŞA Yatırım Bankası” A.Ş.-də isə PAŞA Bankın 28,21 faiz mülkiyyət payı mövcuddur.
Hazırda PAŞA Bank 4 filial və 5 şöbə ilə Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərir. Bankda ümumilikdə 1 377 əməkdaş çalışır. Əməkdaşların 43 faizini qadınlar, rəhbər vəzifələrdə çalışanların isə 27 faizini qadınlar təşkil edir.
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı onlayn maarifləndirici seminar keçirilib
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
“Metroloji təminatın biznes üçün əhəmiyyəti” mövzusunda maarifləndirici sessiya keçirilib