Təlim Nyu-York şəhərində yerləşən New York Language Center-də (NYLC) keçirilib. NYLC ingilis dilinin tədrisi üzrə ixtisaslaşan dil mərkəzidir və müəllimlərin peşəkar inkişafına xüsusi diqqət yetirir.
Təlim çərçivəsində Günay Bağırova, həmçinin, ABŞ-nin müxtəlif ali təhsil və mədəniyyət müəssisələri ilə tanış olub. O, Harvard University və Massachusetts Institute of Technology-də olub, Statue of Liberty, National Gallery of Art, NASA Museum, Queens Museum və The MET kimi məşhur muzey və mədəniyyət məkanlarını ziyarət edib.
Səfər çərçivəsində müəllim Boston şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyini də ziyarət edib.
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq
Naxçıvan Regional Qaz İstismarı İdarəsində ərazi partiya təşkilatının yığıncağı keçirilib