18 Sentyabr – Milli Musiqi Günündə və Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.
“İki sahil” xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin təqdim etdiyi konsert proqramında Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən nümunələr səsləndirilib, konsertdə Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi də çıxış edib.
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib