19 sentyabr 2026 19:50
85

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib.

“İki sahil” xəbər verir ki,  yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayət Məcəlləsinin 337-ci maddəsinin 4-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham irəli sürülüb. Keçmiş məmur ötən gün saxlanılmışdı.

Daha əvvəl Hərbi Prokurorluq "Baytik" meteostansiyasının ərazisində bina tikintisi zamanı pozuntular aşkar etmişdi. Bina tikintinin qadağan edildiyi su mühafizə zonasında inşa olunub. Dövlətə xüsusilə külli miqdarda ziyan vurulub.