Ukraynada "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən tarixçinin "Yoxa çıxmış sivilizasiya - Gözdən qaçan fəlakət" kitabı nəşr olunub. Bu, tədqiqatın ukrayna dilində çap formatında işıq üzü gördüyü ilk ölkədir.
“İki sahil” xəbər verir ki, daha əvvəl kitabın materialları "perishedcivilization.com" platformasında təqdim edilib. Nəşriyyat qrupunun planlarına kitabın Polşa, Almaniya, Baltikyanı ölkələr, Moldova, Qazaxıstan və Özbəkistanda nəşri daxildir. Tədqiqat müasir Ermənistan ərazisində, ilk növbədə, İrəvan quberniyasında, Zəngəzurda Azərbaycan xalqının əcdadlarının və azərbaycanlıların tarixinə həsr olunub.
Kitabda qeyd edilib ki, müəllif regionun şəhər və kəndlərinin tarixini, onların mədəni simasının formalaşmasında azərbaycanlı əhalinin rolunu, eləcə də sonrakı demoqrafik dəyişiklikləri, zorakılıq, sürgün və deportasiyaları izləyib. Müəllifin fikrincə, bu ərazilərin türk keçmişinə dəlalət edən, qorunub saxlanılmış mədəni irs obyektlərinə xüsusi diqqət yetirilib. Onların arasında məscidlər, qəbiristanlıqlar, qalalar və abidələr var. Müəllif geniş sübutlar bazasını tədqiqatın xüsusiyyətlərindən biri adlandırıb. Kitabda arxiv sənədləri, erməni müəlliflərin əsərləri, inqilabaqədərki və sovet dövrünə aid Rusiya rəsmi sənədləri, Fransa diplomatik materialları və digər məlumatlar daxil olmaqla, 1 765 mənbə sistemləşdirilib. Bununla yanaşı, müəllif əsas sübutlar bazası kimi Azərbaycan və Türkiyə tarixşünaslığından istifadə etmədiyini vurğulayıb. Çap nəşri həmçinin multimedia materialları – sahə foto, video materialları, şahidlərlə müsahibələr və XIV əsrdən XX əsrədək hadisələrin xronologiyası ilə tamamlanıb.
Kitabın elektron versiyası, arxiv sənədləri, video sübutlar və layihənin digər materialları "perishedcivilization.com" saytında əlçatandır.
Möhsün Rezai: ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa imkan verir
Kuper: Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb
Endryu Lumis Vaşinqtonun İrəvana yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib