19 sentyabr 2026 23:03
90

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak edəcək. Daha əvvəl ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Türkiyə lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında Nyu-Yorkda görüş keçiriləcəyini açıqlamışdı.