19 sentyabr 2026 23:58
92

Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib

ABŞ-nin "F-16" qırıcısı Prezident Donald Trampın olduğu Kemp-Deviddəki (Merilend ştatı) şəhərkənarı iqamətgah üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.

“İki sahil” xəbər verir ki,  bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb. "NORAD-ın "F-16" qırıcıları 19 sentyabr 2026-cı il tarixində, səhər saat təxminən 07:50-də (Bakı vaxtı ilə 15:50-də) Merilend ştatının Termont şəhəri üzərində özəl aviasiya təyyarəsini ələ keçiriblər. NORAD qırıcıları əhalinin görə biləcəyi istilik tələləri tətbiq ediblər. Tələlərdən pilotun diqqətini cəlb etmək üçün istifadə olunub", - komandanlıqdan qeyd edilib.

İstilik tələlərinin buraxılması hadisəni sosial şəbəkələrdə müzakirə edən yerli sakinlərin diqqətini çəkib.

Tramp sentyabrın 18-də axşam saatlarında Kemp-Devidə gedib və həftəsonu orada qalmağı planlaşdırır.