Serbiya qiymət artımının qarşısını almaq üçün ehtiyatda olan 20 000 ton dizel yanacağını bazara buraxacaq.
“İki sahil” xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bunu ölkənin Radio və Televiziyasının efirində açıqlayıb. O, həmçinin qış dövrünün çətin ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib. "Məni narahat edir ki, bizi hansı qış gözləyir, amma məqsədimizi başa düşürük. Biz sabitliyi, sülhü qorumalı və bazara fasiləsiz tədarük təmin etməli, istehlakçıların neft məhsullarına və qaza çıxışını təmin etməliyik. Bu, asan olmayacaq, amma inanıram ki, öhdəsindən gələ bilərik", - Vuçiç deyib.
Serbiya liderinin sözlərinə görə, hakimiyyət orqanları qiymətləri mümkün qədər uzun müddət digər ölkələrə nisbətən aşağı saxlayacaq. Lakin Vuçiç qeyd edib ki, Belqrad öz istehsalının olmaması səbəbindən qlobal neft qiymətlərinə heç bir təsir göstərmir.
O, daha əvvəl Avropanı karbohidrogen və yanacağın qlobal qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləməsi barədə xəbərdarlıq edib.