21 sentyabr 2026 11:26
88

Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

İlk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.