21 sentyabr 2026 17:17
146

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

 

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun aparıcı elmiişçisi, dosent Sevil Cəfərovanın elmi məqaləsi “Pakistan KimyaCəmiyyətinin Jurnalı”nın (“Journal of The Chemical Society ofPakistan”) 48-ci cildinin 4-cü nömrəsində dərc olunub.

“Metanın karbon qazı ilə riforminqində Ni/zeolitkompozitlərinin struktur-funksional əlaqələri” (“Structure–Functional Relationships of Ni/Zeolite Compositesin CO₂ Reforming of Methane”) adlı məqalədə kimya sənayesivə enerji texnologiyaları üçün əhəmiyyətli olan sintez qazınınmetanın karbon qazı ilə riforminqi yolu ilə alınmasında istifadə edilən katalizatorlar araşdırılıb..

Tədqiqat zamanı müxtəlif zeolitlər əsasında hazırlanan nikeltərkibli katalizatorların xüsusiyyətləri və onların metanın karbonqazı ilə çevrilməsi prosesində effektivliyi müqayisə edilib.

Araşdırmanın nəticələri göstərib ki, istifadə olunan zeolitinquruluşu və səth xüsusiyyətləri katalizatorun fəaliyyətinə birbaşa təsir edir. Təbii zeolit olan klinoptilolitin xüsusi üsullaişlənməsi isə onun xüsusiyyətlərini yaxşılaşdıraraq katalitikgöstəricilərin yüksəlməsinə imkan verib.

Tədqiqat müxtəlif zeolitlərdən istifadə etməklə daha səmərəlikatalizatorların hazırlanması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, “Journal of The Chemical Society of Pakistan” beynəlxalq elmi bazalarda, o cümlədən “Chemical Abstracts”, “Web of Science”, “Scopus” və “Google Scholar”da indekslənir.

Məqalənin tam mətni ilə jurnalın rəsmi səhifəsində tanış olmaq mümkündür.

https://jcsp.org.pk/issueDetail.aspx?aid=6a982c52-de32-4bed-ae8c-b803c8b8451b