21 sentyabr 2026 21:26
64

2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb

2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) açıqlayıb. IOM, ölkələri insan alveri və miqrant qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün birgə fəaliyyət göstərməyə çağırıb. Təşkilatın yaydığı açıqlamada bildirilib ki, sentyabrın 15-nə olan məlumata əsasən, bu il dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 39 faiz azalıb. Buna baxmayaraq, ilin əvvəlindən etibarən ən azı 2292 nəfər ölüb və ya itkin düşüb. Ötən ilin eyni dövründə bu göstərici 1999 nəfər olub.

IOM-un baş direktoru Emi Poup onu da bildirib ki, miqrant qaçaqmalçıları əvvəlcədən plan qurur və ölkələr arasındakı boşluqlardan istifadə edirlər.