ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Qrenlandiyanın təhlükəsizliyinə dair üçtərəfli sazişin imzalanma mərasimi sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadla “Reuters”, “Fox News” və digər Qərb media orqanları məlumat yayıb. Mərasimdə Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Jens-Frederik Nilsen də iştirak edəcəklər. Ağ Evin sözçüsü bildirib ki, üç lider Qrenlandiya və ABŞ-nin təhlükəsizliyini təmin etməyə yönəlmiş yeni sazişi rəsmiləşdirəcəklər.
Qeyd edək ki, Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin vacibliyini vurğulayıb. Danimarka isə Vaşinqtonun adaya nəzarəti ələ keçirmək niyyətini rədd edib.
Amerikanın ən böyük beş telekanalı Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb
Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyi açıqlanıb