Böyük Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılışını həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə “iPaper” məlumat yayıb. Nəşrin məlumatına görə, sınaq buraxılışı ötən həftə təxminən 19 ton yükdaşıma qabiliyyətinə malik “Excalibur” pilotsuz sualtı aparatı ilə həyata keçirilib. Aparat 1000 dəniz milinədək məsafə qət edə və beş günədək su altında avtonom fəaliyyət göstərə bilir. Xüsusiyyətləri açıqlanmayan torpedo ABŞ və Avstraliya tərəfindən hazırlanıb və gəmilərə və sualtı qayıqlara qarşı istifadə üçün nəzərdə tutulub.
Sınaq Böyük Britaniya və ABŞ tərəfindən birgə keçirilib. Nəşrin məlumatına görə, bu, hər iki ölkənin ekipajlı sualtı qayıq əvəzinə pilotsuz sualtı aparatdan ilk dəfə torpeda buraxmasıdır.
Ərdoğan; Münaqişələr, savaşlar və böhranlar Türkiyə ilə ABŞ-nin yaxın dialoq qurmasını labüd edir
Fransa və ABŞ Hörmüz boğazı üzrə səyləri əlaqələndirmək barədə razılığa gəlib
Vens: Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
Ərdoğan: Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq