22 sentyabr 2026 10:52
75

Sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasında, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.