“İki sahil” xəbər verir ki, ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə baş tutan son aksiyada müxtəlif dövlət və özəl qurumların əməkdaşları könüllü şəkildə iştirak edib.
1 sentyabr tarixindən etibarən Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt çimərliklərini əhatə edən və 19 sentyabr tarixində Bakıda Bilgəh çimərliyində yekunlaşan aksiyada 1500-dən çox könüllü 30 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Layihənin digər tərəfdaşları “Coca-Cola”, “Carlsberg Azerbaijan” və “McDonald’s” şirkətləridir.
Xatırladaq ki, “Xəzəri Qoruyaq!” aksiyası hər il Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası (International Coastal Cleanup) çərçivəsində təşkil olunur. 1986-cı ildə əsası qoyulan bu qlobal təşəbbüs bu gün dünyanın 100-dən çox ölkəsində həyata keçirilir və sahillərin, su hövzələrinin tullantılardan təmizlənməsinə yönəlmiş dünyanın ən genişmiqyaslı könüllü ekoloji hərəkatlarından biridir. Azərbaycanda uzun illərdir “Xəzəri Qoruyaq!” şüarı altında keçirilən kampaniya Xəzər sahillərinin tullantılardan təmizlənməsi ilə yanaşı, cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsinə və ətraf mühitin qorunmasına ictimai iştirakın artırılmasına xidmət edir.
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq
Naxçıvan Regional Qaz İstismarı İdarəsində ərazi partiya təşkilatının yığıncağı keçirilib