22 sentyabr 2026 15:19
73

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.

Nazir bildirib ki, mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq: “Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir. Qeyd edim ki, bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur”.