23 sentyabr 2026 13:41
101

Tramp Si Çinpinlə görüş üçün 60 illik protokol qaydasını pozacaq

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Çinpinlə görüşmək üçün təxminən 60 il qüvvədə olan protokolu pozacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Si Çinpini Endryus aviabazasında şəxsən qarşılayacaq.

"Bu, Con Kennedinin 1962-ci ildə uçuş-enmə zolağında Böyük Britaniyanın baş naziri Harold Makmillanla görüşməsindən bəri ABŞ Ali Baş Komandanının hər hansı dünya liderini şəxsən bu bazada qarşıladığı ilk hal olacaq", – deyə məqalədə qeyd olunur.

Qəzet vurğulayır ki, bu hadisə iki ölkə liderlərinin münasibətlərində "tarixi an" olacaq və Çin liderinə "böyük hörmət" nümayiş etdirəcək.