Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşıb. "Palms Sports Arena"da oynanılan qarşılaşma yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 58-ci dəqiqədə rəqibin qapıçısı Oleq Baklov vurub.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.
Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik
Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub