BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə regional və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Nazirlər, həmçinin çoxtərəfli platformalar çərçivəsindəki fəaliyyətləri, o cümlədən oktyabr ayında Azərbaycanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısı və gələn il keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısı ilə bağlı məsələləri müzakirə ediblər.
Bundan əlavə, nazirlər geniş Yaxın Şərq regionundakı mürəkkəb vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir