24 sentyabr 2026 19:26
82

Sabirabadda avtoqəza olub, ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirlir.

Faktla bağlı araşdırma aparılır.