25 sentyabr 2026-cı il tarixdə YAP Kürdəmir rayon təşkilatının “Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilatında (Famil Həşimov adına Kürdəmir şəhər 3 nömrəli tam orta məktəb) “27 Sentyabr – Qəhrəmanlıq tariximizin şanlı səhifəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və Vətən uğrunda mübarizə qətiyyətinin təcəssümüdür. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin qarşısında dayanan tarixi vəzifələrin həlli istiqamətində mühüm nəticələr əldə olunub.
Tədbirdə çıxış edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Lalə Əlizadə 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olduğunu qeyd edib, şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz fədakarlığın heç vaxt unudulmayacağını vurğulayıb.
Tədbirdə “Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilat sədri Əli Abdurahmanov, məktəbin müəllimi Əsbət Musayeva qeyd ediblər ki , rəşadətli ordumuzun əsgər və zabitlərinin şücaəti, Vətən üçün canından keçən şəhidlərimizin qanı bahasına qazanılmış bu Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 44 günlük Vətən müharibəsindən sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib və bu gün hər birimiz qalib xalqın vətəndaşı olmaqdan sonsuz qürur duyuruq.
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib
Kimya İnstitutunda “27 Sentyabr - Vətən sevgisinin Zəfərə çevrildiyi gün” adlı tədbir keçirilib