Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" Folklor evinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərlərimiz gəncliyin gözü ilə” adlı sərgi keçirilib.
“İki sahil” xəbər verir ki, "Narınqala" Folklor evinin həyətində təşkil olunan sərgidə mədəniyyət və təhsil işçiləri, şəhər ictimaiyyəti, turistlər iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə Şəki şəhər 1, 5, 7, 8, və 11 nömrəli tam orta məktəblərin şagirdlərinin hazırladıqları müxtəlif əl işləri, yaradıcı nümunələr və Azərbaycan şəhərlərinin maketləri nümayiş etdirilib. Şagirdlərin hazırladıqları maketlərdə şəhərlərin memarlıq siması, tarixi abidələri, küçələri və müasir şəhər təsəvvürləri yaradıcı şəkildə əks olunub. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Şagirdlərin hazırladıqları şəhər maketləri və əl işləri onların şəhərsalma, memarlıq və milli-mədəni irsə olan marağını, yaradıcılıq bacarıqlarını və gələcək şəhər təsəvvürlərini nümayiş etdirib.
“Şəhərlərimiz gəncliyin gözü ilə” sərgisi gənc nəslin yaradıcılıq potensialının dəstəklənməsi, onların şəhərsalma və memarlıq haqqında düşüncələrinin təşviqi və Azərbaycan şəhərlərinin gələcəyinə dair yaradıcı baxışlarının təqdim olunması baxımından əhəmiyyətli tədbir olub.
İtaliyada Anım Günü münasibətilə Vətən Müharibəsinə həsr olunmuş film nümayişi keçirilib
Romada “Nizami və Dante arasında kəsişmə nöqtələrinin araşdırılması: Orta əsrlərdən əvvəl və sonra” kitabının təqdimatı keçirilib
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır