Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şuşa şəhərində Anım Günü qeyd edilib.
“İki sahil” xəbər verir ki, Xüsusi Nümayəndəliyin, Qoruq İdarəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri Mərkəzi meydanda və Şuşa Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım Günü ilə əlaqədar, həmçinin Zəngilan və Cəbrayıl rayonlarında da şəhidlərimizin xatirəsini yad etmək üçün silsilə tədbirlər keçirilib.