Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir:
"Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".