27 sentyabr 2026 15:56
86

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq

Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. "Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.

Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - Ərdoğan qeyd edib.