27 sentyabr 2026 16:16
87

XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.