27 sentyabr 2026 19:38
81

Media və Yayım Şurasının kollektivi şəhidləri anıb

Anım Günü ilə əlaqədar Media və Yayım Şurasının rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət edib.

“İki sahil” xəbər verir ki,  şura rəhbərliyi və kollektivi Zəfər Parkını 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib. Şura rəhbərliyi, üzvləri Zəfər abidəsinin önünə gül dəstələri qoyublar.