27 sentyabr 2026 20:20
88

XRİTDX-nin rəhbər heyəti Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəhbər heyəti Zəfər parkını ziyarət edib.

“İki sahil” xəbər verir ki, xidmətin şəxsi heyəti Hərbi Memorial Məzarlığı ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzərək onların əziz xatirəsini dərin ehtiramla anıb.

Qeyd edək ki, 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd olunur.