28 sentyabr 2026 13:00
90

Müəllimliyi həmişə həm peşə, həm də mənəvi missiya kimi qəbul etmişəm


Müəllim tələbəyə düşünməyi, sual verməyi, araşdırmağı və ən əsası, öyrəndiyi biliyə məsuliyyətlə yanaşmağı öyrətməlidir

Arzu edirəm ki, hər bir müəllim yetişdirdiyi şagirdin və tələbənin uğurunda öz əməyin izini görsün

Müəllim şəxsiyyətin formalaşmasında və cəmiyyətin intellektual inkişafında mühüm rol oynayan əsas qüvvələrdən biridir. Təhsil prosesinin keyfiyyəti, gənc nəslin dünyagörüşünün formalaşması, milli və ümumbəşəri dəyərlərin gələcək nəsillərə ötürülməsi bilavasitə müəllimin peşəkarlığı, elmi-pedaqoji fəaliyyəti və vətəndaşlıq mövqeyi ilə bağlıdır. Bu baxımdan müəllimlik yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmayan, eyni zamanda şəxsiyyət yetişdirilməsini və cəmiyyətin gələcəyinə töhfə verməyi özündə ehtiva edən məsuliyyətli və şərəfli peşədir.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlik peşəsinin cəmiyyətdəki rolu, müasir təhsilin qarşısında dayanan vəzifələr, müəllim əməyinin xüsusiyyətləri və təhsil sahəsində baş verən yeniliklər barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov ilə söhbət etdik.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Filologiya elmləri doktoru, professor kimi keçdiyiniz elmi vəpedaqoji yolun mühüm mərhələlərini necə  xatırlayırsınız?

-İlk növbədə, özüm haqqında bir neçə kəlmə desəm, tam fikiraydınlığı yaranar. Mən orta təhsilimi Göyçə mahalının Toxlucakəndində almışam. Ali təsili qədim Azərbaycan şəhəri İrəvanda-Ermənistan Dövlət Pedaqoji İnstitutunun (indi ErmənistanDövlət Pedaqoji Universiteti) filologiya fakültəsinin Azərbaycanbölməsini fərqlənmə diploma ilə bitirmişəm. 1975-1988-ci illərdə Toxluca kənd orta məktəbində Azərbaycan dili vəədəbiyyat müəllimi, 1987-1988-ci illərdə həmin məktəbindirektoru vəzifəsində işləmişəm. 1988-ci ildə Ermənistan dövlətitərəfindən doğma yurdumdan deportasiya olunmuşam. 1977-1981-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilikİnstitutunda aspiranturada təhsil almışam. 1986-cı ildə filologiyaüzrə fəlsəfə doktorluğu, 2007-ci ildə filologiya elmləri doktorudissertasiyası müdafiə etmişəm. İndi ADPU-nun Elmi -təşkilatişöbəsinin müdiri və həmin ali məktəbin Müasir Azərbaycan dilinkafedrasının professoruyam.  Mən özümü ömrünü Azərbaycan dilinin, ədəbiyyatının və ümumən Azərbaycan filologiyasının öyrənilməsinə və tədrisinəhəsr etmiş bir müəllim və tədqiqatçı kimi təqdim edərdim. Mənim üçün müəllimlik yalnız peşə deyil, həm də mənəviməsuliyyətdir. Çünki müəllim bir tərəfdən elmi bilik verir, digərtərəfdən isə gənc nəslin dünyagörüşünün, milli-mənəvidəyərlərinin formalaşmasında iştirak edir.

Elmi-tədqiqatlarımı mövzu  və  istiqamətlərinə  görə  aşağıdakı  kimi  qruplaşdırmaq  olar:

1.Müasir  Azərbaycan  dili.

2.Qərbi  Azərbaycan  onomastikası.

3. Dialektologiya.

 Xüsusilə elmi fəaliyyətimin əsas istiqamətlərini Qərbi Azərbaycanın toponimləri və Azərbaycan dilinin dialekt və şivələrinin, xüsusilə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan dili şivələrinin araşdırılması təşkil edir.. Bu sahədə apardığımız tədqiqatlar yalnız dil faktlarının toplanması ilə məhdudlaşmır. Dilin özündə xalqın tarixi, etnik-mədəni yaddaşı, yaşayış coğrafiyası və mənəvi dünyası da qorunur. Elmi yolumu xarakterizə edən əsas cəhətlərdən biri sahə materiallarına, canlı dil faktlarına və tarixi mənbələrə söykənməkdir. Toponimlər, dialekt sözləri, etnoqrafik materiallar və xalq danışıq dili bizim milli yaddaşımızın mühüm komponentləridir. Professorluq mərhələsi isə mənim üçün yeni bir məsuliyyət deməkdir. Artıq söhbət yalnız şəxsi elmi araşdırmadan getmir; qarşıda gənc tədqiqatçıların hazırlanması, elmi məktəbin davam etdirilməsi, əldə edilmiş nəticələrin gələcək nəsillərə ötürülməsi kimi daha böyük vəzifələr dayanır.

-Müəllimlik sizin həyatınızda yalnız peşə, yoxsa həm də mənəvi missiya olub? Uzun illərin təcrübəsi sizə müəllimlik sənətinin hansı həqiqətlərini öyrədib?

-Mən müəllimliyi həmişə həm peşə, həm də mənəvi missiya kimi qəbul etmişəm. Müəllim yalnız dərs deyən, mühazirə oxuyan insan deyil. Müəllim tələbəyə düşünməyi, sual verməyi, araşdırmağı və ən əsası, öyrəndiyi biliyə məsuliyyətlə yanaşmağı öyrətməlidir. Uzun illərin pedaqoji təcrübəsi mənə bir həqiqəti çox aydın göstərib: tələbəyə hazır bilik verməkdən daha vacibi onun bilik əldə etmək marağını oyatmaqdır. Əgər tələbə özü araşdırmağa başlayırsa, müəllimin işi artıq öz bəhrəsini verir.Digər bir mühüm həqiqət isə budur ki, müəllim hər bir tələbəyə fərdi yanaşmağı bacarmalıdır. Tələbələrin qabiliyyəti, dünyagörüşü, maraqları və öyrənmə imkanları fərqlidir. Müəllimin sənəti həmin fərqləri nəzərə alaraq hər bir tələbədə özünəinam yaratmaqdır. Mənim üçün müəllim-tələbə münasibətlərinin əsasında qarşılıqlı hörmət dayanır. Müəllim tələbədən öyrənməyi də bacarmalıdır. Çünki elm daim yenilənir, yeni nəsil yeni suallar ortaya qoyur. Özünü öyrənməyi dayandıran müəllim əslində müəllimlik fəaliyyətinin ən mühüm prinsipindən uzaqlaşır. Bu illər ərzində bir şeyi də dərk etmişəm: müəllimin auditoriyada dediyi hər bir söz tələbənin yaddaşında qala bilər. Ona görə də müəllim öz sözü, davranışı və elmi mövqeyi ilə nümunə olmalıdır.

-Azərbaycan filologiyasının inkişafına mühüm töhfələr vermiş alim kimi, bu gün filologiya elminin qarşısında duran ən aktual elmi məsələləri necə qiymətləndirirsiniz? Hansı istiqamətlər daha geniş araşdırmaya ehtiyac duyur?

-Məncə, müasir Azərbaycan filologiyasının qarşısında çox ciddi və geniş tədqiqat imkanları dayanır. Filologiyanı yalnız ənənəvi dilçilik və ədəbiyyatşünaslıq çərçivəsində düşünmək artıq kifayət etmir. Müasir texnologiyalar, rəqəmsal resurslar və yeni tədqiqat metodları filologiyanın qarşısında yeni üfüqlər açır.Mənim xüsusilə əhəmiyyətli hesab etdiyim istiqamətlərdən biri Qərbi Azərbaycan toponimlərinin, həmçinin Azərbaycan dilinin dialekt və şivələrinin, eləcə də Qərbi Azərbaycan şivələrinin sistemli şəkildə araşdırılmasıdır. Bu istiqamətdə hələ çoxlu araşdırılmamış materiallar var. Xüsusilə Qərbi Azərbaycan ərazisinin Azərbaycan dili şivələri, onların leksik, fonetik, qrammatik xüsusiyyətləri, areal əlaqələri daha geniş tədqiq edilməlidir.

Digər mühüm istiqamət Azərbaycan toponimiyasınınaraşdırılmasıdır. Toponim yalnız coğrafi ad deyil. Onunarxasında dil tarixi, etnik proseslər, qədim yaşayış məskənləri, xalqın təsərrüfat və mədəni həyatı dayanır. Buna görə dətoponimlərin etimologiyası elmi prinsiplər əsasında, tariximənbələr və dil faktları müqayisə edilməklə araşdırılmalıdır.

 Mən hesab edirəm ki, dialektologiya ilə toponimikanın əlaqəlişəkildə öyrənilməsi xüsusilə məhsuldar nəticələr verə bilər. Çünki müəyyən ərazinin toponimləri ilə həmin ərazidə yaşayanəhalinin dil xüsusiyyətləri arasında çox zaman tarixi-linqvistikəlaqələr mövcud olur. Bununla yanaşı, müasir dövrdə rəqəmsalfilologiya, elektron lüğətlərin və dialektoloji məlumatbazalarının yaradılması, Azərbaycan dilinin korpusunungenişləndirilməsi, süni intellekt texnologiyalarının Azərbaycandilinin tədqiqi və tədrisinə tətbiqi də mühüm məsələlərdəndir.

Azərbaycan filologiyasının qarşısında duran əsas vəzifələrdənbiri də elmi irsimizin yeni metodlarla yenidənaraşdırılmasıdır. Əvvəlki nəsil alimlərin topladığı materiallarımüasir texnologiyalarla sistemləşdirmək, rəqəmsallaşdırmaq vəyeni elmi nəticələr əldə etmək mümkündür.

 Mən xüsusilə gənc filoloqların sahə tədqiqatlarına daha çoxcəlb edilməsini vacib sayıram. Kitabxana və arxivdə aparılanaraşdırma nə qədər əhəmiyyətli olsa da, dilin canlı faktlarınıöyrənmək üçün bölgələrə getmək, yaşlı nəslin nümayəndələri iləgörüşmək, dialektoloji materialları toplamaq lazımdır.

  Sonda bir fikri xüsusilə vurğulamaq istərdim: Azərbaycanfilologiyasının gələcəyi keçmişimizi dərindən öyrənməkləmüasir elmi metodları birləşdirməkdən keçir. Biz həmklassik elmi irsimizə söykənməli, həm də rəqəmsal dövrünimkanlarından maksimum istifadə etməliyik.

Dahi Nizaminin elmlə bağlı bütün dövrlər üçün həmişəyaşardır:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Hər uca rütbədən biliniz, fəqət,

Alimin rütbəsi ucadır əlbət.

-Ana dilimizin qorunması və inkişafı yalnız dilçi alimlərindeyil, bütün cəmiyyətin məsuliyyətidir. Azərbaycan dilininmüasir informasiya və kommunikasiya mühitində düzgün vəsəlis işlədilməsi üçün hansı məsələlərə xüsusi diqqətyetirilməlidir? 
-Tamamilə doğrudur, dil yalnız dilçilərin deyil, bütövlükdəcəmiyyətin milli sərvətidir. Onu da əlavə edim ki,  dil dövlət siyasətinin əsas tərkib hiissəsini təşkil edir. Məhz buna görə də dövlət dilin əsas qoruyucusudur. Dövləti olan xalqın dili də inkişaf edir, tədqiq edilir, xalqa xidmət edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyində proqram xarekterli çıxışında Azərbaycan dili ilə bağlı dedikləri  bizim qarşımızda mühüm vəzifələr qoyur: Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çoxinsan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqilAzərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqlarımüxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraqtanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digərölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çoxməişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, safsaxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər birmillət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütünictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çoxinsan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrəehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hərbirimiz bu leksikondan istifadə edirik. Amma əgərAzərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildənkəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, yasəhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. Azərbaycan dilinin saflığının qorunması hər birAzərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğulolanlar bu məsələyə çox böyük diqqət verməlidirlər.  Azərbaycan dilinin qorunması dedikdə, sadəcə onun sözehtiyatının qorunması nəzərdə tutulmamalıdır. Əsas məsələdilimizin düzgün, zəngin, aydın və funksional şəkildəişlədilməsidir. Müasir informasiya və kommunikasiyamühitində, xüsusilə sosial şəbəkələrdə dilə münasibətə xüsusidiqqət yetirilməlidir. Burada üç istiqaməti önə çəkərdim: ədəbidil normalarına riayət, dilin lüğət tərkibininzənginləşdirilməsi və rəqəmsal mühitdə Azərbaycan dilininimkanlarının genişləndirilməsi. Xüsusilə media, televiziya, radio, internet resursları və dövlətqurumlarının informasiya məkanında dil nümunəvi olmalıdır. Xarici dillərdən sözlərin alınması təbii prosesdir, lakin hər yeni anlayışın düşünülmədən və ehtiyac olmadan yad sözlərlə ifadəedilməsi dilimizin ifadə imkanlarının zəifləməsinə gətirib çıxarabilər. Digər tərəfdən, gənclərin danışıq dilinə və sosial şəbəkələrdəkiyazışmalarına yalnız tənqidi yanaşmaq da düzgün deyil. Əsasməqsəd onlara dilin imkanlarını göstərmək, Azərbaycandilindən düzgün istifadə etməklə maraqlı və müasiretməkdir. Bunun üçün dilçilik, təhsil, media və informasiyatexnologiyaları qarşılıqlı şəkildə fəaliyyət göstərməlidir.

-Bu gün gənclərin mütaliəyə marağı, bədii ədəbiyyatamünasibəti və kitab oxuma vərdişləri tez-tez müzakirəolunur. Gənc nəslin mütaliəyə və ədəbiyyata marağınıartırmaq üçün hansı yanaşmaları daha səmərəli hesabedirsiniz?

-Çox təəssüf ki, gəncləırin kitab oxumağa, xüsusi ilə dəAzərbacn yazıçı və şairlərin əsərlərini oxumağa marağı çoxazdlr. Amma mən hesab edirəm ki, gənclərə “kitab oxuyun” deməklə mütaliə vərdişi yaratmaq mümkün deyil. İlk növbədəkitabı gəncin dünyasına yaxınlaşdırmaq lazımdır. Bu baxımdan müasir texnologiyalardan istifadə mühüm əhəmiyyətdaşıyır. Elektron kitablar, audiokitablar, rəqəmsal kitabxanalar, yazıçı və şairlərlə onlayn görüşlər gənclərin ədəbiyyata marağınıartıra bilər. Ədəbiyyatın tədrisində də əsərin yalnız məzmununusoruşmaq əvəzinə, onun ideyası, obrazları, müəllif mövqeyi vəmüasir həyatla əlaqəsi müzakirə olunmalıdır. Digər mühümməsələ seçim azadlığıdır. Gənclərə, xüsusi ilə də təhsil alanlarayalnız proqramda nəzərdə tutulan əsərləri deyil, yaşına, marağına və dünyagörüşünə uyğun müasir ədəbiyyatı da oxumaq imkanı verilməlidir və bu, əsasən orta məkdəbdənformalaşdırılmalıdır. Belə qənaətə gəlmək olar ki, mütaliəninəsas məqsədi sadəcə çoxlu kitab oxumaq deyil. Əsas məqsəddüşünən, müqayisə edən, sual verən və müstəqil fikir yürüdəbilən şəxsiyyət yetişdirməkdir. Ədəbiyyat bu baxımdan ənmühüm vasitələrdən biridir.

- Təhsil sürətlə rəqəmsallaşır, süni intellekt artıq müəllimvə tələbənin gündəlik fəaliyyətinə daxil olur. Bu dəyişikliklərelmi araşdırma və tədris metodlarına hansı yeni imkanlarıaçır, hansı məsuliyyətləri artırır?

-Süni intellekt təhsildə yeni mərhələnin başlanmasına imkanyaradır. Lakin mən süni intellekti müəllimi əvəz edən vasitəkimi deyil, müəllimin elmi-pedaqoji imkanlarınıgenişləndirən texnologiya kimi qiymətləndirirəm. Elmi araşdırmalarda süni intellekt böyük həcmli informasiyanınsistemləşdirilməsi, mətnlərin müqayisəsi, ilkin məlumatlarıntəhlili, tədris materiallarının hazırlanması və müxtəlif tədqiqatistiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı ola bilər. Azərbaycan dili və filologiya sahəsində də bu imkanlardangeniş istifadə etmək mümkündür: elektron lüğətlərin, dilkorpuslarının, rəqəmsal mətn bazalarının və Azərbaycan dilindəintellektual tədris resurslarının yaradılması buna nümunədir. Amma burada çox mühüm bir prinsip var: süni intellektdənistifadə etmək başqa, onun verdiyi məlumatı olduğu kimiqəbul etmək tamam başqa məsələdir. Tədqiqatçı məlumatımütləq yoxlamalı, mənbəni müəyyənləşdirməli, elmi etibarlılığıqiymətləndirməli və öz müstəqil mövqeyini ortaya qoymalıdır. Təhsildə də eyni məsuliyyət qalır. Tələbənin süni intellektvasitəsilə hazırladığı mətn onun öz düşüncəsinin məhsuluolmaya bilər. Buna görə qiymətləndirmə sistemində dədəyişikliklərə ehtiyac yaranır: tələbənin hazır cavabı deyil, düşünmə, təhlil, arqumentləşdirmə və yaradıcı yanaşmabacarığı daha çox qiymətləndirilməlidir. Ən əsası isə süni intellekt bizə bir həqiqəti xatırladır: texnologiya inkişaf etdikcə müəllimin rolu azalmaq əvəzinədəyişir. Müasir müəllim informasiyanı sadəcə ötürən deyil, tələbəyə düzgün sual verməyi, informasiyanı yoxlamağı, düşünməyi və elmi nəticəyə gəlməyi öyrədən şəxs olmalıdır.

-Elmi fəaliyyətlə yanaşı, müəllimin cəmiyyət qarşısındamaarifləndirici rolu da böyükdür. Sizcə, müasir müəllimyalnız auditoriya daxilində deyil, ictimai fikir və milli-mənəvi dəyərlərin formalaşmasında da hansı roloynamalıdır?

-Mən hesab edirəm ki, müəllim heç vaxt yalnız auditoriyanınsərhədləri daxilində fəaliyyət göstərən şəxs olmamalıdır. Xüsusilə ali məktəb müəlliminin cəmiyyət qarşısında elmi, intellektual və mənəvi məsuliyyəti böyükdür. Müəllim ilk növbədə elmi həqiqətin, sağlam düşüncənin və milli-mənəvidəyərlərin daşıyıcısıdır. O, gənc nəslə yalnız bilik verməməli, eyni zamanda onlarda Vətənə, dövlətə, ana dilinə, milli tarixə vəmədəni irsə məsuliyyətli münasibət formalaşdırmalıdır.Azərbaycan dili müəlliminin bu baxımdan məsuliyyəti dahaböyükdür. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, xalqıntarixi yaddaşını, milli düşüncəsini və mənəvi dünyasınıyaşadan, milli kinliyini təsdiq edən əsas amillərdən biridir. Müəllim Azərbaycan dilinin zənginliyini, imkanlarını və düzgünişlədilməsinin əhəmiyyətini cəmiyyətə çatdırmalıdır.Müasir dövrdə müəllimin maarifçilik fəaliyyəti sosial şəbəkələr, televiziya, mətbuat, elmi-populyar çıxışlar və müxtəlif ictimailayihələr vasitəsilə də həyata keçirilə bilər. Əsas məsələ odur ki, müəllim elmi əsaslandırılmış, obyektiv və cəmiyyət üçünfaydalı fikirlər ortaya qoysun.

- Azərbaycan təhsilində müəllim nüfuzunun qorunması vəpeşənin ictimai statusunun yüksəldilməsi daim diqqətmərkəzindədir. Sizcə, müəllim nüfuzunu formalaşdıran əsasamillər hansılardır və bu nüfuzun gələcək nəsillərəötürülməsi üçün nələr edilməlidir?
-Müəllim nüfuzu, mənim fikrimcə, ilk növbədə müəllimin biliyi, peşəkarlığı, şəxsiyyəti və cəmiyyət qarşısındakı mövqeyi vədavranışı ilə formalaşır. Təkcə müəllim adını daşımaq kifayətdeyil; müəllim öz davranışı, elmi səviyyəsi və tələbəyə, həmçinin şagirdə münasibəti ilə bu ada layiq olduğunu daimnümayiş etdirməlidir.Müəllim nüfuzunun əsas dayaqlarından biri peşəkarlıqdır. Müasir müəllim daim öyrənməli, elmi yenilikləri izləməli, rəqəmsal texnologiyalardan və yeni tədris metodlarından istifadəetməlidir. Eyni zamanda müəllimin yüksək mənəvi keyfiyyətləri– ədalətlilik, obyektivlik, öyrənənə hörmət, məsuliyyət vəvicdanlılıq xüsusi əhəmiyyət daşıyır. Müəllim nüfuzunun yüksəldilməsi yalnız müəllimin özündənasılı olan məsələ də deyil. Təhsil siyasəti, müəllimin əməyininqiymətləndirilməsi, sosial təminatı, elmi və yaradıcılıqimkanlarının genişləndirilməsi də mühüm rol oynayır. Nəhayət, müəllim nüfuzu nəsildən-nəslə ötürülən mənəviənənədir. Biz öz müəllimlərimizdən aldığımız elmə, müəllimlikməsuliyyətinə və peşə ənənələrinə hörməti gənc müəllimlərəötürməliyik. Müəllimlik yalnız bir peşə deyil, həm də mənəvimissiyadır.

-Elmi-pedaqoji fəaliyyətiniz boyunca müxtəlif nəsillərləünsiyyətdə olmusunuz. Bugünkü gənclərdə sizi xüsusiləsevindirən hansı xüsusiyyətləri görürsünüz və onlarıninkişafında təhsilin hansı istiqamətləri daha mühüm roloynaya bilər?

-Mənim üçün müəllimlik yalnız bilik vermək deyil, həm dəmüxtəlif nəsillər arasında mənəvi və  intellektual körpüyaratmaqdır. Uzun illər ərzində tələbələr, magistrantlar, doktorantlar və gənc tədqiqatçılarla ünsiyyətdə olmuşam və hərnəslin özünəməxsus xüsusiyyətlərini müşahidə etmişəm.Bugünkü gənclərdə məni xüsusilə sevindirən cəhətlərdən birionların öyrənməyə, yeniliyə və informasiya texnologiyalarınaaçıq olmalarıdır. Onlar dünya elminə və təhsil məkanına dahasürətlə çıxış imkanına malikdirlər. Eyni zamanda, gənclərarasında milli-mənəvi dəyərlərə, ana dilinə, tarixə və milli kimliyə marağın artmasını da müsbət hal hesab edirəm.Lakin informasiya bolluğu özü-özlüyündə bilik demək deyil. Ona görə də müasir təhsilin əsas vəzifələrindən biri gənclərəməlumatı seçmək, təhlil etmək, elmi düşünmək, müstəqilfikir yürütmək və əldə etdiyi biliyi düzgün tətbiq etməkbacarığı qazandırmaqdır.Xüsusilə humanitar elmlərdə, o cümlədən Azərbaycan dili vəfilologiya sahəsində biz gənclərə həm müasir texnologiyalardanistifadə etməyi, həm də ana dilinə, milli-mədəni irsə və elmiənənələrə bağlılığı aşılamağa çalışmalıyıq. Mən hesab edirəmki, gələcəyin uğurlu ziyalısı məhz bu iki istiqamətin – müasirlikvə milli dəyərlərin vəhdətinin daşıyıcısı olmalıdır.

-Sonda, Müəllimlər Günü münasibətilə Azərbaycanmüəllimlərinə, xüsusilə pedaqoji fəaliyyətə yeni başlayangənc həmkarlarınıza hansı sözləri demək istərdiniz?

-Müəllimlik dünyanın ən məsuliyyətli və ən şərəfli peşələrindənbiridir. Çünki müəllim yalnız dərs demir, insan yetişdirir, şəxsiyyət formalaşdırır, gələcəyin ziyalısını və vətəndaşınıhazırlayır. Müəllimlər Günündə bütün həmkarlarıma möhkəm cansağlığı, yaradıcılıq enerjisi və pedaqoji fəaliyyətlərində uğurlararzulayıram. Gənc həmkarlarıma isə xüsusilə demək istəyirəm: müəllimliyi sadəcə peşə kimi deyil, həyat missiyası kimiqəbul edin, öz üzərinizdə daim işləyin, peşəkarlığınızıartırın, təcrübəli müəllimlərlə əlaqə saxlayın. Daim oxuyun, araşdırın, yenilikləri izləyin, tələbələrinizdən də öyrənməyibacarın. Çünki həqiqi müəllim ömrünün sonuna qədər öyrənəninsandır. Məhəmməd peyğəmmbərin dediyini həmişə yadda saxlayın: Öyrənmək, öyrənmək, qəbir evinə kimiöyrənmək.Tələbənin uğurunu öz uğurunuz, onun inkişafını isəöz əməyinizin ən böyük nəticəsi hesab edin. Mənim gənc müəllimlərə ən böyük tövsiyəm budur: elmdənuzaq düşməyin, ana dilimizi sevin və sevdirin, milli dəyərlərimizi qoruyun, müasir dünyanın tələblərinə açıqolun. Müəllimin sözü, davranışı və şəxsiyyəti tələbə üçün əngüclü tərbiyə vasitəsidir. Bütün Azərbaycan müəllimlərini Müəllimlər Günümünasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər birmüəllim yetişdirdiyi şagirdin və tələbənin uğurunda öz əməyininizini görsün.

 

Sonda dəyərli fikirlərini və ətraflı açıqlamalarını oxucularımızla bölüşdüyü üçün professor İbrahim Bayramova təşəkkür edir, ona elmi-pedaqoji fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı, tükənməz enerji və gələcək işlərində böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, müəllim əməyinə verilən yüksək dəyər, təhsilə göstərilən diqqət və peşəsinə sədaqətlə çalışan müəllimlərin fədakar fəaliyyəti gələcək nəsillərin daha savadlı, dünyagörüşlü və vətənpərvər şəxsiyyətlər kimi yetişməsinə mühüm töhfə verəcək. Beynəlxalq Müəllimlər Günü münasibətilə professor İbrahim Bayramovu və bütün müəllimlərimizi səmimi-qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.