28 sentyabr 2026 15:02
110

Avropa Komissiyası Aİ-nin diplomatik xidməti üzərində nəzarət uğrunda mübarizə aparır

Avropa Komissiyası Aİ-nin diplomatik xidməti üzərində nəzarətin gücləndirilməsi uğrunda mübarizə aparır və bu çərçivədə diplomatik nümayəndəliklərin xərclərinin azaldılması təklif olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Euronews telekanalı avropalı məmurlara istinadla məlumat yayıb.

Euronews-un məlumatına görə, bu xərclərin azaldılmasının Aİ-nin yeni büdcəsinə daxil edilməsi təklif olunur. Lakin artıq sentyabrın 1-dən etibarən Aİ-nin xarici nümayəndəlikləri Brüsseldə "modernləşdirmə" adlandırılan islahat həyata keçirirlər. Bu, inzibati heyətin sayının ixtisar olunmasını nəzərdə tutur. Bundan əlavə, regional mərkəzlərin qərargahlarının rolu gücləndirilir, nümayəndəliklərin yerlərdəki diplomatik mövcudluğu isə azaldılır.

"Nəticədə hakimiyyət mərkəzləşdirilir, keçmişdə, xüsusən də başçılığında daha böyük ölkədən olan diplomat durduğu hallarda Brüsseldən daha çox müstəqilliyə malik olmuş nümayəndəliklər zəiflədilir", – deyə telekanalın həmsöhbətlərindən biri bildirib.