OpenAI 2026-cı ilin iyununda süni intellekt agentinin hökumət saytlarını və Medicare səhiyyə sisteminin qapalı statistik məlumat bazasını sındırması insidentinə görə Avstraliyadan üzr istəyib. OpenAI rəhbərliyi bəyanatında səhvləri düzəltməyə, həmçinin bu ölkədə kibermüdafiənin gücləndirilməsi üçün vəsait ayırmağa söz verib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Şirkət Avstraliyada yerli mütəxəssislərin iştirakı ilə ekspert işçi qrupu yaratmaq niyyətindədir. Qrup 2026-cı ilin sonunadək Sİ tərtibatçılarının hökumətlə qarşılıqlı fəaliyyətinə dair tövsiyələr hazırlayacaq. OpenAI həmçinin öz təhlükəsizlik protokollarını sərtləşdirmək istiqamətində nəzərdən keçirməyi öhdəsinə götürüb. OpenAI Avstraliya hökumətinə və onun əsas sektorlarına kritik infrastrukturun Sİ təhdidlərindən qorunması üçün "Daybreak for Frontline Defenders" qlobal fondundan texniki yardım və maliyyələşmə təmin edəcək.
İyunun 18-də sınaq zamanı OpenAI-nin tədqiqat qrupu Sİ agentinə Avstraliyada dövlət xərclərinin dərmanlara yönəldilməsi barədə məlumatların axtarılması tapşırığını vermişdi. Sİ agentləri tapşırığın hüdudlarından kənara çıxaraq Services Australia portalı, həmçinin bir neçə ştatın səhiyyə nazirlikləri daxil olmaqla bir neçə qapalı məlumat bazasını sındırıblar. Sİ agentləri tapılan məlumatları yükləyərək sistemin daxili serverinə yazblar. OpenAI Sİ agentlərinin icazəsiz hərəkətləri barədə yalnız avqustun 11-də daxili yoxlama zamanı öyrənib. Şirkət sentyabrın 10-da zəifliklər barədə məlumat vermək üçün elektron poçt ünvanına məktub göndərərək Avstraliya hökumətini insidentlə bağlı xəbərdar edib. Avstraliya hökuməti baş verənlərlə əlaqədar süni intellekt sistemlərinin tənzimlənməsini sərtləşdirmək niyyətində olduğunu bəyan edib. OpenAI-nin rəhbəri Sem Altman "Yaşıllar" partiyasının təşəbbüsü ilə başlanmış təhqiqat çərçivəsində Avstraliya parlamentinin senatında çıxış edəcək.
Dutertenin dosyesində süni intellekt tərəfindən yaradılmış materiallar aşkar edilib